90-cı illər Azərbaycan üçün o qədər də ürəkaçan keçməmişdir. Amma hər qaranlıq gecənin bir günəşi vardır və Azərbaycan üçün də bu günəş Ulu Öndər, Ümumilli Lider Heydər Əliyev oldu. 1993-cü ildə onun gəlişi ilə sanki Azərbaycan yenidən yarandı, canlandı. 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi formalaşmasında mühüm rol oynamışdır. Bu dövrlər ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycanın bütövlüyü, inkişafı üçün çalışmış, onun beynəlxalq aləmdə güclü, müstəqil bir dövlət kimi tanınması üçün çabalamış və buna nail olmuşdur. Məhz onun çabaları sayəsində 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir.
Ümumilli Liderin xidmətlərindən bəhs edərkən bugün ölkənin siyasi-ictimai həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Xalqın istəyi, zamanın tələbləri ilə yaranan bu partiya xidmətləri ilə qısa zamanda xalqın sevgisini, dəstəyini qazandı. Təsis kofransı 550 nəfərlə keçirilən Yeni Azərbaycan Partiyasının sıralarına xalqa göstərdiyi xidmətlərinə, fəaliyyətlərinə görə bugün 700000-dən artıq azərbaycanlı qoşulmuşdur. Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəyi Azərbacanın davamlı inkişafına töhfə kimi dəyərləndirən ölkə vətəndaşları seçkilərdə xüsusi fəallıq nümayiş etdirməklə, bu birliyin, həmrəyliyin nə qədər böyük və möhkəm olduğunu təsdiqlədilər. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət deməkdir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Partiyanın tarixinə yazılan qələbələr ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın təsdiqidir.
Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycan xalqı bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq inkişaf edəcək. Bu fikri bugün böyük fəxr və inamla qeyd edirik ki, bizim bugünkü uğurlarımız Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bugün Heydər Əliyev xalqın qəlbində özünə əbədi sima yaratmışdır. Müasir Azərbaycan dövlətinin qurucusu ölkədə sabitliyi möhkəmlədərək iqtisadiyyatı dirçəltmiş, ən başlıcası hər kəsdə respublikanın sabahına güclü inam yaratmış və müstəsna xidmətlərinə görə milyonlarla insanın sevgi və məhəbbətini qazanmışdır.
Günümüzdə Heydər Əliyev ideyalarının nuruna üz tutan Azərbaycan Respublikası dinamik inkişaf yolunda inamla addımlayır. Ulu Öndərin kursunu böyük uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin apardığı islahatlar Azərbaycanı dünya birliyində qətiyyətli siyasəti olan qüdrətli dövlət kimi tanıtmışdır. Bu siyasət isə müdrik kəlmələrini həyat yolumuza bələdçi seçdiyimiz Ümumilli Lider Heydər Əliyevin amallarından qidalanır.
Arzu Kərimli
Bakı Slavyan Universiteti



