Vətəninfo.az-a məlumatlı mənbələrdən daxil olan məlumatda qeyd edilir ki,Bakı Baş Gömürük idarəsinin sabiq rəisi gömrük xidməti general-mayoru Vüsal Quliyev Fövqaladə Hallar Nazirliyinə gətirilir. Məlumatlı mənbədən daxil olan məlumatda qeyd edilir ki, FHN-i Kamaləddin Heydər Gömrük Komitəsi sədri olduğu dönəmdə ən ehtibarlı adamlarından biri hesab edilən Quliyevin sədaqətindən hər zaman razı qalıb. Bu üzdən də gömrük xidməti general-mayorunun FHN-nin Fövqaladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinə rəis gətiriləcəyi iddia edilir.
Məlumatla bağlı cənab vüsal Quliyevin mövcud mobil telefonuna zəng edib aydınlıq gətirməyə çalışsaq da,təssüflər olsun mobil nömrə əhadə xidmətindən kənarda idi.
Qeyd edək ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi sədri təyin edildikdən sonra, həmkəndlisi olmasına baxmayaraq,ilk olaraq Kəmaləddin Heydərovun ən yaxın adamlarından hesab edilən Vüsal Quliyevlə yollarını ayırdı və gömrük xidməti general-mayorunu BBGİ-nin rəisi vəzifəsindən kənarlaşdırdı.
Redaksiya olaraq Vüsal Quliyevin mövqeini də təqdim etməuə hazırıq.
Vətəninfo.az
İnformasiya şöbəsi



