Bu gün müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı istiqamətində atılan vacib, mühüm addımlar, dövlətimiz tərəfindən aparılan uğurlu islahatlar, ardıcıl olaraq keçirilən demokratik seçkilər, əhalinin güzəranının yaxşılaşmasına xidmət edən uğurlu amillərdəndir. Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi.
Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu olaylarla əlaqədar Ulu Öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".
XALQ UNUTMUR!
Məhz bu səbəbdən də tarixi xatırlamaq lazımdır, qoy indiki nəsillər bilsinlər ki, müstəqilliyimizin yolları heç də hamar olmayıb, dövlətçiliyimizin formalaşması rahat şəkildə qurulmayıb. Bu mühüm işlərdə də irəliləyişimizə mane olanlar, badalaq gələnlər də ortaya çıxıb,"at oynatmaq" istəyiblər. Onların bəd, çirkin, xəyanətkar əməlləri baş tutmadı.1995ci ildə mart hadisələrinin törədilməsində, qanlı olayın vətəndaşların narahatçılığına səbəb olmasında özlərini ictimaiyyətə "məğlubedilməz" kimi sırıyan Cavadov qardaşları və onların xaricidaxili havadarları xüsusi canfəşanlıq göstərdilər. Onlar OMONdəstəsindən istifadə edərək öz çirkin, məkrli çevriliş xislətlərini reallaşdırmağa cəhd göstərməkdəydilər. Onlar özlərini "universal silahlı qüvvə","hərbi güc" adlandırır, heç kəslə hesablaşmaq istəməyərək, yalnız öz dediklərini yürütmək planlarını güdürdülər. Qanqan deyərək ixtilaflar hesabına, mənasız və yersiz hərəkətlərlə vətəndaşlara "xox" gəlmək, qorxutmaq, bununla da çirkin siyasətlərini həyata keçirmək xəyalında olan "OMON"çular getgedə daha da harınlaşır, qızışıb özlərindən çıxırdılar. Onu da xatırladaq ki, hələ müstəqillik əldə etdiyimiz ilk illərdə, yəni AXCMüsavat hakimiyyətinin hərcmərclik dövründə, səriştəsiz adamların hakimiyyətdə olduqları zamanlarda belələrinə "qaşın üstdə gözün var" deyən tapılmırdı. Məhz bu səbəbdən,"Cavadovlar silahlı qruplaşması" elə zənn edirdilər ki, belə bir vəziyyəti yenidən yaratmaq mümkündür. Hamı onların sözü və əmrləri ilə oturubdurmalı, hər kəs "OMON" adı gələndə bu silahlı quldur dəstəsinə təzim etməliymiş. Ancaq biRhəqiqəti unutmuşdular ki, artıq zaman o zaman deyil, hakimiyyət də AXCMüsavat iqtidarı deyil...
Xalqın yekdil arzu və tələbiylə Azərbaycanın müdrik oğlu, böyük siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, O, canı qədər sevdiyi Azərbaycanı düşdüyü bu kimi bəlalardan xilas etdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev müdriklik göstərərək yolundan azmışlara, xalqı-milləti əzabəziyyətlərə, vahiməyə salanlara düz yol, işıqlı gələcək göstərdi, onları bu cür çirkin oyunlardan çəkindirmək istədi. Ulu Öndər onlara müraciətində dedi: "Mən8-ci Kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə bir daha müraciət edirəm. Onlara təklif edirəm: bütün niyyətlərdən əl çəkin, silahı yerə qoyun, ev-eşiyinizə gedin, sizin bütün təhlükəsizliyiniz təmin olunacaqdır. Əks-təqdirdə, dövlətin qanunları tətbiq ediləcəkdir".
Bəli, müdrik rəhbər öz böyüklüyünü, humanistliyini, qarşıdurma yaratmaq istəyindən uzaq olmağını bütün dünyaya göstərdi. Lakin təəssüf ki, Cavadov qardaşları və onların havadarları haqqədalət yoluna qayıtmadılar. Qayıtmadılar ona görə ki, onların lüzumsuz iddiaları "böyük" idi. İzaha ehtiyacı olmayan bir həqiqətdir ki, xalqımızın tarixində qara ləkə kimi görünən 17 mart hadisələri Azərbaycanın dövlətçiliyinə, onun müstəqilliyinə qrşı yönəlmiş birbaşa qəsd idi. Yuxarıda qeyd etdiyimiz kimi, bu xoşagəlməz, arzuolunmaz, xalqın nifrət və qəzəbinə düçar olmuş üzdəniraq olayları dəstəkləyənlər də vardı. Məlumdur ki, bu hadisələr öz başlanğıc mənbəyini Qazax və Ağstafa rayonlarından götürmüşdü. Bunun da bir sıra məqamları mövcuddur.
Xatırladaq ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin bir bölməsi Qazax rayonunda yerləşirdi. Özlərini polis, asayiş qoruyucuları adlandıran bu harınlamış, qudurğanlıq həddinə çatmış qüvvələr heç kimlə hesablaşmırdılar. Nə yerli icra hakimiyyətinin, nə hüquq-mühafizə orqanlarının işçilərinin dediklərinə məhəl qoyurdular. Bu azğınlaşmış, haqqın, ədalətin, yolundan sapmış qüvvələrin törətdikləri əməllər öz acı nəticələrini verdi. Haqlı cəzalarına çatmış Cavadov qardaşları və Azərbaycanın müstəqilliyini istəməyən qara qüvvələr çalışırdılar ki, Elçin Əmiraslanovun dəstələri respublikanın qərb bölgəsindəbirxaos,hərcmərclik yaratsınlar. Ona görə də istəyirdilər ki, bu gərginlikdən, dərəbəylikdən istifadə edib Bakıdakı havadarlarını, qaragüruhçuları ayağa qaldırsınlar.
E.Əmiraslanovun rəhbərlik etdiyi silahlı quldur birləşmələri icra hakimiyyətinin, hüquqmühafizə orqanlarının rəhbər işçilərinin səriştəsizliyindən istifadə edərək, Qazax- Ağstafa rayonlarında bir sıra strateji obyektləri ələ keçirməyə çalışdılar. Cəhdin ilk günləri onlar bir sıra strateji obyektləri, o cümlədən, icra hakimiyyətinin, polis-rabitə şöbələrinin inzibati binalarını tutmuşdular. Hakimiyyətə yersiz hədə-qoxular gələrək, öz lüzumsuz istəklərinə nail olmağa çalışan həmin qaragüruhçular nə ilə nəticələnəcək olayların fərqinə belə varmırdılar.
Müstəqilliyimizə və dövlətçiliyimizə qarşı törədilmiş həmin qanlı olaylar elə ilk andaca dəstəklənmədi. Vətəni, torpağı sevən, onun müstəqilliyini əziz tutan insanlar "çevriliş qəhrəmanlarına" nifrətlə, ikrahla baxdılar. Sağlam düşüncəli, xalqa və millətə, Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, bu dəfə də Ulu Öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Nəticədə, respublikamızın müqəddəs və müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin, bu şərəfsiz, qanlı-qadalı yola uyanları gözlərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı.
Bu qanlı olaylardan neçəneçə illər keçib. Lakin yaddan çıxmır, unudulmur. Çünki bu arzuolunmaz olaylar Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdidir.
Vəliyeva Rumiyyə
Nəsimi rayon gənci



