"YAP-ın ötən qurultayında adı partiya rəhbərliyindən çıxarılanlar siyahısında olan baş nazirin birinci müavini Yaqub Eyyubov 44 günlük müharibədən bəri demək olar ki, ortalıqda görünmür".
Veteninfo.az xəbər verir ki, bu məlumatı jurnalist Cavanşir Həsənli özünün facebook sosial şəbəkəsindəki hesabında paylaşıb. Jurnalist eyni zamanda Baş nazirin müavinin biznes imperiyasını da faş edib və ölkədən çıxarılan milyonlar hesabına Avropada yaradılan səltənətindən bəhs edib.
Jurnalistin yayımladığı məlumatı istinadla təqdim edirik:
Amma sorağı Qusar meşələrindən gəlir. Eyyubovlar Qusarda 16 milyon manat dəyərində torpaq sahələri, fındıq bağları alıb.
Yaqub Eyyubov daha çox bahalı dişləri ilə tanınan yüksək vəzifəli məmur kimi məşhurlaşıb. Oğlu Orxan Eyyubov İngiltərə vətəndaşı olsa da Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur. Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov Xorvatiyada, qardaşı oğlu Kamran Eyyubov Azərbaycanda böyük biznes şəbəkələrinə sahibdirlər.
Orxan Eyyubovun Londondakı daşınmaz əmlak şirkəti - NEW CANADA LTD-nin aktivləri ötən il 15 milyon funt sterlinqə (35.5 milyon manat) çatıb. Eyyubovların Kanadadakı klinikası isə 4 il əvvəl bağlanıb. Kanadanın məşhur vergi və biznes konsaltinq şirkəti MNP LLP 2017-ci ildə Orxan Eyyubovun müraciəti əsasında iflas prosesinə start verib. Sənədlərə əsasən onun sahibi olduğu 8989613 Canada Ltd-nin 1 milyon dollara yaxın zəmanətsiz borcu ortaya çıxıb. Lakin şirkət bağlanmayıb və hazırda aktiv statusdadır.
Qeyd edək ki,Yaqub Eyyubovun digər bir oğlu Fərhad Eyyubov da Bakı Şəhər Dövlət Yol Polisinin rəis müavini vəzifəsində çalışır.

Fərhad Eyyubov
Redaksiyadan: Bir daha bəyan edirik ki,yayımladığımız məlumatda iddia edilənlər Jurnalist Cavanşir Həsənli tərəfindən yayımlanıb.Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.



